Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı
10 sentyabr 2026
# 18:00

Türkiyənin paytaxtı Ankaranın Gölbaşı ərazisindəki 5 min illik Külhöyük arxeoloji qazıntı sahəsində aparılan tədqiqatlar zamanı 4 min illik Het gil qabının içərisində hazırda dünyada yalnız bu regionda bitən endemik "Sevgi çiçəyi"nin bilinən ən qədim toxum qalıqları aşkarlanıb.

Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən idarə olunan qazıntılarda tapılan bu nümunələr Anadolu flora tarixinin minilliklərə söykənən zənginliyini bir daha sübut edir.

Mühafizə altında olan və coğrafi göstərici statusu daşıyan bitkiyə aid bu kəşf bölgənin qədim bitki örtüyü və Het mədəniyyətinin təbiətlə əlaqələrini öyrənmək baxımından böyük arxeoloji əhəmiyyət kəsb edir.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər