Böyük Teatrın 34 nəfər üzvü koronavirusa yoluxdu

Böyük Teatrın 34 nəfər üzvü koronavirusa yoluxdu
14 aprel 2020
# 18:01

Rusiyanın məşhur Böyük (Bolşoy) Teatrın 34 nəfər üzvü koronavirusa yoluxub.

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Teatrın baş direktoru Vladimir Urin məlumat yayıb.

Teatr rəsmisinin sözlərinə görə, həmin əməkdaşlar işdən azad edilib və karantinə yola salınıblar. Teatrın koronavirusa yoluxan üzvləri bu gün və sabah yenidən testdən keçəcəklər.

Böyük Teatrda çalışanlarda COVİD-19 virusunun tapılması, təşviş doğurub. Qeyd olunub ki, həmin əməkdaşlarda yüksək hərarət və öskürək müşahidə edilib.

# 1809 dəfə oxunub

Müəllifin son yazıları

# # #