Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.
Kulis.az xəbər verir ki, “Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın “Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.
Gənc azərbaycanlı aktyorların yeni performansları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qed edək ki, Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır.