Bakıda “Şanson gecəsi”

Bakıda “Şanson gecəsi”
22 fevral 2020
# 13:58

Heydər Əliyev Sarayında tanınmış şanson ifaçısı Cəlal Abbasovun “Şanson gecəsi” adlı konserti keçirilib.

“Shanson Cover Band” qrupunun müşayiəti ilə baş tutan konsertdə tamaşaçılara şanson janrında mahnılardan ibarət yeni və fərqli proqram təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Sarayında artıq üçüncü solo konsert proqramı ilə çıxış edən Cəlal Abbasov bir sıra yerli və beynəlxalq estrada və mahnı müsabiqələrinin və festivallarının iştirakçısı və qalibidir./azertag.az/

# 2010 dəfə oxunub

Müəllifin son yazıları

# # #