Azərbaycanlı müğənni Moskvada musiqi məktəbi açdı

Azərbaycanlı müğənni Moskvada musiqi məktəbi açdı
31 iyul 2020
# 11:33

Gənc musiqiçi Emil Qədirov Moskva şəhərində musiqi məktəbi açıb.

Kulis.az xəbər verir ki, gənc və istedadlı musiqiçi Emil Qədirov Azərbaycanda dünyaya gəlib, burada böyüyüb, ilk musiqi təhsilini alandan sonra Belqorod Musiqi Kolecində təhsilini davam etdirib. Məşhur opera ulduzları, SSRİ Xalq artistləri Yelena Obraztsovadan və Tamara Sinyavskayadan ustad dərsləri alan Emil Qədirov bir çox beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək laureat adı qazanıb. O, 2018-ci ildə Azərbaycanı Soçidə keçirilən “Novaya volna - 2018” Gənc İfaçıların Beynəlxalq Müsabiqəsində də uğurla təmsil edib.

Hazırda Moskvada yaşayan “Qolos” telelayihəsinin iştirakçısı Emil Qədirovun yaratdığı və bədii rəhbəri olduğu musiqi məktəbi “MUSIC WAY” adlanır. “MUSIC WAY” musiqi məktəbində uşaqların və böyüklərin təhsili nəzərdə tutulub.

Qüsursuz musiqi zövqünə, yüksək təhsilə, böyük tədris təcrübəsinə, zəngin konsert fəaliyyətinə malik ifaçı məktəbə müəllim qismində “Qolos” telelayihəsinin ulduz tərkibini cəlb edib.

# 1803 dəfə oxunub

Müəllifin son yazıları

# # #