Amerikalı yazıçı Dostoyevskini təhqir etdi

Amerikalı yazıçı Dostoyevskini təhqir etdi
28 fevral 2020
# 16:08

Amerikalı yazıçı Ceyms Ellroy ispan qəzetinə verdiyi müsahibədə Fyodor Dostoyevskini təhqir edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yazıçı Dostoyevskinin "Cinayət və Cəza" romanı haqqında fikrilərini bölüşüərək bildirib ki: "Mən dəfələrlə bu romanı oxumağa çalışdım. Kitabı bir-iki dəfə vərəqləyəndən sonra səbrim çatmadı. Kitab başdan-ayağa rus pisliyi, çirkabı ilə doludur. Özüm özümə dedim ki, "Yox, dostum, "Cinayət və Cəza"nı mütaliə etmək sənlik deyil".

Qeyd edək ki, Ceyms Ellroy detektiv janrda əsərlər yazır. O, qələmə aldığı "Los-Anceles kvarteti" silsiləsindən olan detektiv əsərləri ilə populyarlıq qazanıb. Həmçinin C.Ellroyun "Los-Ancelesin sirləri", "Qara su zanbağı", "Bəyaz caz" və "Amerika tabloidi" romanları əsasında bədii filmlər çəkilib.

# 2223 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #