Alla Puqaçovanı filmə çəkməkdən imtina etdilər

Alla Puqaçovanı filmə çəkməkdən imtina etdilər
4 dekabr 2019
# 11:20

Rus rejissoru Nikita Mixalkov müğənnini filmə çəkmək istəmədi.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rejissor Alla Puqaçovanın təkidlərinə baxmayaraq onu öz filmlərinə çəkməkdən imtina edib. Müğənni etiraf edib ki, rejissor əvvəllər onu gülməli qarı roluna çəkəcəyi barədə söz versə də sözünün üstündə durmayıb.

“Bunu Nikitanın yadına salanda o mənə belə cavab verir - Sən hələ qocal, sonra bunu mənə xatırladarsan. Mən isə onun bu fikri ilə razılaşmıram. İndi qrimin müasir qaydaları ilə cavan qızı belə qarı formasına salmaq olar.”

Bütün hallarda müğənni rejissorlara səslənərək istənilən komik obrazı canlandırmağa hazır olduğunu bildirib.

# 1632 dəfə oxunub

Müəllifin son yazıları

# # #