18-ci əsrə aid döyüş gəmisi tapıldı

18-ci əsrə aid döyüş gəmisi tapıldı
26 iyul 2025
# 16:22

2024-cü ilin fevralında Şotlandiyanın daxili adalarından biri olan Sandayda baş verən fırtına ucqar bir ərazidəki qumu süpürüb aparandan sonra heyrətləndirici bir mənzərə ortaya çıxıb və 18-ci əsrə aid döyüş gəmisi aşkarlanıb.

Kulis.az xəbər verir ki, arxeoloqların köməyi ilə tapılan, qəzaya uğramış gəminin yeddi illik müharibə zamanı Kanadada xidmət etmiş və sonradan balina ovlamaq üçün vasitəyə çevrilmiş Çatam qrafına aid olduğu müəyyən edilib.

Uzun müddət təpələrin altında qalmış qədim taxta gəminin gövdəsi təsadüfən gün üzünə çıxıb.

Qeyd edək ki, Çatham qrafının gəmisi kimi tanınmazdan əvvəl 1749-cu ildə inşa edilmiş gəmi Kral Donanmasının freqatı kimi xidmət göstərib.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

# # #