"Ələddin" tamaşasının premyerası keçirilib

"Ələddin" tamaşasının premyerası keçirilib
21 noyabr 2019
# 11:40

Noyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Kilimarası” kukla teatrının açılışı olub.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, açılış zamanı "Min bir gecə" nağılları əsasında "Ələddin" tamaşasının premyerası keçirilib.

Tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 saylı və 11 saylı internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

Tamaşadan öncə Mədəniyyət Mərkəzinin foyesində kuklardan ibarət sərgi təşkil edilib və kilimarxasında bir necə tamaşadan kiçik parçalar təqdim olunub.

# 1999 dəfə oxunub

Müəllifin son yazıları

# # #