"Doğuluş" filmi təqdim olunacaq

"Doğuluş" filmi təqdim olunacaq
29 may 2021
# 14:57

Azərbaycan Televiziyasında “Doğuluş” adlı filmin təqdimatı olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Kulis.az-a verilən məlumata görə, film Azərbaycanın Vətən müharibəsinə həsr olunub.

2020-ci ildə dünyanın COVID düşməni ilə mübarizə apardığı bir vaxtda Azərbaycan pandemiya ilə yanaşı, özünün 30 illik mənfur düşmən təhdidini məhv etmək üçün əməli fəaliyyətə başlayır.

Azərbaycan Televiziyasının Müəllif Proqramları və Xüsusi Layihələr Departamentinin layihəsi olan “Doğuluş” sənədli televiziya filminin süjet xəttini dünyada baş verən proseslərin fövqündə Azərbaycanın öz küllərindən doğulması təşkil edir.

Filmdə general Polad Həşimovun şəhid olması ilə başlayan qisas hərəkatının alovlanması, Qarabağ yürüşü, müharibənin başlaması, Gəncə və Bərdə terrorları, adekvat tədbirlər, Qələbənin qazanılması kimi əsas hadisələr öz əksini tapıb.

Filmdə Azərbaycan Televiziyasının arxiv materiallarından istifadə olunub.

“Doğuluş”dakı hamilə qadın Ana Vətəni tərənnüm edir. Doğulacaq uşaq “yeni, bütöv Azərbaycan”dır. Toxunan xalça isə bütöv Azərbaycanı təmsil edir. Əli deşən iynə, çıxan qan şəhidlərimizi, çəkdiyimiz ağrı-acını, kədərimizi əks etdirir.

Layihənin rəhbəri Ziya Ağa, prodüseri Azər Həsənov, ssenaristi və quruluşçu rejissoru Vüsal Hacı Qədir, quruluşçu operatoru Anar Dadaşov, ikinci rejissoru Orxan Cahangirdir.

# 1774 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #