Yapon dastanı "Şoqun" tarixə düşdü: 18 mükafat

Yapon dastanı "Şoqun" tarixə düşdü: 18 mükafat
18 sentyabr 2024
# 11:09

Televiziya dünyasının Oskarları sayılan 76-cı Emmi Mükafatlarında bu il “Şoqun” serialı 18 mükafat qazanan yeganə prodakşn kimi tarixə düşdü.

Kulis.az xəbər verir ki, həmçinin, "Şoqun" Emmy tarixində dram janrında ingilis dilində olmayıb mükafat qazanan ilk ekran əsəri oldu.

Eyni zamanda aktrisa Anna Sawai dram janrında "Ən yaxşı aktrisa" mükafatını qazanan ilk asiyalı aktrisa kimi tarixə adını yazdırıb.

Qeyd edək ki, Disney ve FX prodakşınlarının birgə işi olan serial 1600-cü ildə Yaponiyada vətəndaş müharibəsinin başlanğıcından bəhs edir.

"Şoqun" ilk doqquz həftəsində qlobal yayım saatlarına görə ən çox baxılan serial oldu.

# 185 dəfə oxunub

Müəllifin son yazıları

# # #