Məşhur rejissor siyasətdən gedəndən sonra nə edəcək? - AÇIQLAMA

Məşhur rejissor siyasətdən gedəndən sonra nə edəcək? - <span style="color:red;">AÇIQLAMA
7 avqust 2017
# 10:48

Türkiyənin millət vəkili olan rejissor, yazar Sırrı Süreyya Öndər siyasətdən gedəcəyini açıqlayıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Öndər millət vəkilliyi çərçivəsində siyasi fəaliyyəti bitər-bitməz kinoya qatılacağını söyləyib.

“Əslində siyasət bir məşğuliyyət deyil. Bizə görə siyasət haqq axtarmaq, demokratikləşmək yolunda önəmli mərhələlərdən biridir. Siyasətdən yorulmaq haqq axtarmaqdan, demokratiya mücadiləsindən yorulmaq deməkdir ki, belə hal bizdən uzaqdır. Vəkillik siyasətin tək vasitəsi deyil, siyasət sənətlə də, əməklə də aparıla bilər. Həyatın, hər sahəsində siyasi mücadilə var”- deyə məşhur sənətçi mətbuata açıqlamasında söyləyib.

Sürəyya Öndər dörd siyasi mövzulu film ssenarisinin olduğunu və onları gerçəkləşdirmək istədiyini söyləyib.

# 1037 dəfə oxunub

Müəllifin son yazıları

# # #