Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı

Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı
7 dekabr 2017
# 10:01

Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar nümayiş etdirəcək.

Yaradıcı kollektiv dekabrın 9-da “Dörd əkizin nağılı”, dekabrın 10-da isə “Çəkməli pişik” səhnə əsərlərini azyaşlı tamaşaçılarına təqdim edəcək. Uşaqlar səhnə əsərlərini müvafiq olaraq saat 12 və 14-də izləyə biləcəklər.

Dekabrın 9-10-da sənət ocağının səhnəsində “Aydın” və “Şeyx Sənan” tamaşaları göstəriləcək.

Səhnə əsərlərində Əməkdar artistlər Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nübar Novruzova, Rasim Cəfər, aktyorlar Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Asya Atakişiyeva, Elnur Hüseynov və digərləri çıxış edəcəklər.

# 1840 dəfə oxunub

Müəllifin son yazıları

# # #