Məşhur rejissorun yeni filmi təqdim edildi

Məşhur rejissorun yeni filmi təqdim edildi
12 noyabr 2019
# 12:50

Andrey Konçalovskinin yeni filmi nümayiş olunub.

Kulis.az Rusiya mətbuatına istinadla xəbər verir ki, rejissorun “Günah” adlı filmi ötən gün rusiyalı tamaşaçılara təqdim edilib.

Rusiya və İtaliya istehsalı olan film İtalyan heykəltəraşı Mikelancelo Buonarrotinin həyatının bir neçə dövründən bəhs edir.

Premyerada Rusiyanın mədəniyyət naziri Vladimir Medinski çıxış edib:

“Bu film sözün əsl mənasında rusiyalı kino ustaları tərəfindən İtaliya torpaqlarında yaradılan rus-italyan filmidir. “Günah” filmi dünya kinosunda bir hadisədir“.

Filmin nümayişindən öncə çıxış edən rejissor fikirlərini belə ifadə edib:

“Hər premyera bir bayram əhval-ruhiyyəsi yaradır. Baxmayaraq ki, hansı isə uğursuzluğun olması da mümkündür. Ancaq belə əlamətdar günlər sənətə gücünü və istedadını bəxş edən bütün insanların qürur anıdır. Buna görə də mən bu gün bura yığışan bütün dostlarıma minnətdaram”.

Film noyabrın 14-dən kinoprokata veriləcək.

# 2027 dəfə oxunub

Müəllifin son yazıları

# # #