İranın kino ulduzu söndü- KIROSTAMI VƏFAT ETDİ

İranın kino ulduzu söndü-<span style="color:red;"> KIROSTAMI VƏFAT ETDİ
5 iyul 2016
# 10:03

Məşhur İran rejissoru Abbas Kirastami Parisdə 76 yaşında dünyasını dəyişib.

Kulis.Az-ın məlumatına görə, rejissora bu ilin əvvəlində mədə-bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu. Bir neçə dəfə İranda əməliyyat olunan rejissor sonra müalicəsinəi Parisdə davam etdirirdi. On gündür Parisdə olan rejissor dünən gecəyarısı vəfat edib.

Kirastami İran İslam İnqilabından sonra ölkədə qalaraq sənədli filmlər də daxil olmaqla 40-dan çox filmə rejissorluq etmişdi. Son iki filmini İtaliya və Yaponiyada çəkən Abbas Kirastami 1997-ci ildə “Gilasın dadı” filmiylə Kann festivalının “Qızıl Palma” mükafatını alan ilk iranlı rejissor oldu.

Kirastami 1999-cu ildi “Külək bizi sovuracaq” filmi ilə Venesiya festivalının Xüsusi Jüri mükafatına layiq görülmüşdü.

Abbas Kirostami İran kinematoqrafiyasında 1960-cı illərdən başlayan “İran yeni dalğası”ının nümayəndələrindən sayılırdı. “İran Yeni dalğa” rejissorlarının yaradıcılığında poetik dialoqları, siyasi və fəlsəfi mövzularla bağlı alleqoriyalar mühüm yer tuturdu.

İran kinosunun atası sayılan Abbas Kirastami dünyanın da ən güclü rejissorlarından biri hesab olunurdu.

# 1010 dəfə oxunub

Müəllifin son yazıları

# # #