Behcət Ç-nin treyleri yayımlandı- Video

Behcət Ç-nin treyleri yayımlandı- Video
15 iyul 2019
# 12:53

Yayımlandığı üç mövsüm boyunca baxış sayı və pərəstişkarlara görə bir fenomenə çevrilən “Behcət Ç: bir Ankara polisi” serialı 6 il sonra iyulun 25-də Türkiyə telekanalı Blu TV-nin istehsalı kimi ekranlara qayıdır.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, artıq serialın yeni bölümlərindən treyleri təqdim olunub.

Fərqli üslubu ilə serial tarixinə yeni baxış bucağı gətirən serialıən anonslarında Behcətin kabus gördüyü fraqmentlər xüsusilə yaddaqalan olub.

Ercan Mehmet Erdemin ssenarisi, Serdar Akarın rejissorluğu ilə çəkilən serialda baş rolda Erdal Beşikçioğlu, rollarda Necati İşlər, Canan Ergüdər Ece, Ege Aydan, İnanc Konukçu, Berkan Şal, Güvən Kıraç, Eray Eserol, Ayça Eren, Ahu Türkpençe, Kemal Burak Alper oynayırlar.

# 1980 dəfə oxunub

Müəllifin son yazıları

# # #