Musiqili Teatrda “Dəcəl çəpişlər”

Musiqili Teatrda “Dəcəl çəpişlər”
1 aprel 2015
# 12:52

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşası hazırlanır. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun Kulisə verdiyi məlumata görə “Dəcəl çəpişlər” adlanan tamaşasının məşqlərinə artıq start verilib.

Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanan tamaşanın müəllifləri O. Zülfüqarov və R. Heydər, quruluşçu-rejissoru Əhəd Hacıyevdir.

Bir sıra yeni obrazların əlavə olunduğu tamaşamızın yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.

Qeyd edək ki, tamaşanın quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada əsas obrazları Güldanə Əzimova, Gülçöhrə və Gülnarə Abdullayevalar, Mehriban Zalıyeva, Əlif Cahangirov, Zinyət Qurbanova, Şaban Cəvərov, Fərid Rzayev və başqaları ifa edirlər.

# 891 dəfə oxunub

Müəllifin son yazıları

# # #