"Sevgisizlik" Oskara təqdim olunur

"Sevgisizlik" Oskara təqdim olunur
22 sentyabr 2017
# 11:47

Rusiyadan Oskar kino mükafatına namizəd təqdim olunacaq film bəlli olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanln Oskar komitəsi Andrey Zvyaqintsevin “Sevgisizlik” filmini seçiblər.

“Sevgisizlik” “ən yaxşı xarici film” kateqoriyasında nominant ola bilər.

Xatırladaq ki, sözügedən film bu ilin mayında Kann festivalında Jürinin xüsusi mükafatına layiq görülüb.

“Sevgisizlik” filminin süjeti ata anası ayrılmaq ərəfəsində olan 12 yaşlı oğlanın itməsi üzərində qurulub.

90-cı Oskar mükafatlandırma mərasimi 2018-ci ilin 4 martında Los-Anceles şəhərində keçiriləcək.

Nominantlar isə yanvarın 23-də bəlli olacaq.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #