Yuğ teatrında Çexovun əsəri oynanılacaq

Yuğ teatrında Çexovun əsəri oynanılacaq
2 fevral 2018
# 11:58

YUĞ Dövlət Teatrında yeni tamaşa hazırlanır.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, teatr A.P.Çexovun “Təklif” birpərdəli vodevilinə müraciət edib. .

Tamaşanın quruluşçu rejissoru Günay Səttar, rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Sabir Məmmədovdur.

Səhnə əsərində əməkdar artistlər Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbasova, Zümrüd Qasımova, Elgün Həmidov və Hikmət Rəhimov çıxış edirlər.

Premyera mart ayına nəzərdə tutulub.

# 921 dəfə oxunub

Müəllifin son yazıları

# # #