Bu gün “Azdrama”da PREMYERADIR

Bu gün “Azdrama”da <span style="color:red;">PREMYERADIR
24 dekabr 2014
# 14:24

Dekabrın 24-də, saat 19-da Akademik Milli Dram Teatrında yazıçı Yunus Oğuzun “Nadir şah” romanı əsasında səhnələşdirilən eyni adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən kulis.az-a verilən xəbərə görə, tamaşaya rejissoru Gümrah Ömər quruluş verib. Tamaşanın bəstəkarı Sərdar Fərəcov, rəssamı isə İlham Elxanoğludur.

Bugünkü tamaşada baş rolu xalq artisti Ramiz Novruz oynaycaq. Xatırladaq ki, dublyor-ifaçı əməkdar artist Məmməd Səfadır.

# 975 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #