Fransanın “Oriak” festivalından yenicə qayıdan ADO (Azərbaycan Dağınıq Oda teatrı) teatr 1-8 oktyabrda ADO Gürcüstanda keçiriləcək “Festi Nova”da iştirak edəcək daha bir festivala dəvət alıb.
Teatrdan Kulis.az-a verilən məlumata görə ADO 7 nəfərlik heyətlə festivalda iştirak edəcək.
Teatrın “Hamam”, “Qadın Səsi” performansları göstəriləcək. Eyni zamanda “rezidensiya” olacaq və ADO heyəti bir həftə ərzində “Art Villa Garikula”da yeni performans da hazırlayıb, təqdim edəcək
- 10 yaşlı aktyor fransız kinosunun fenomeni olub
- “Qızmış gözlərimdə ölən eşqimi...”
- AYB Gəncə bölməsinin sədri dünyasını dəyişdi
Oktyabrın 4-də Tbilisidə gənc rejissor Leyli Qafarovanın ADO haqda çəkdiyi sənədli filmin nümayişi də olacaq.
Sentyabrın 30-da isə ADO Bakıda keçirilən “Bakool Arts” festivalda da çıxış edəcək.