Oskar mükafatçısı amerikalı kinorejissor Kristofer Nolan sevdiyi filmləri açıqlayıb.
Kulis.az xəbər verir ki, "Criterion Closet" layihəsinin qonağı olan rejissor sevimli filmlərini seçib.
Rejissorun xüsusi kolleksiyasına “The Killers”, "Malcolm X", "Lost Highway”, "The Apu Trilogy” və Con Kassavetesin filmlərindən ibarət xüsusi dəst daxil edilib.
O, həmçinin Qodfri Reccinun "Koyaanisqatsi" filmini "saf kinonun ən böyük əsərlərindən biri" adlandırıb.