“Stranger Things” serialının ulduzu Devid Harbor Toni Gilroyun “Behemoth!” filmində Pedro Paskal və Oliviya Uayld ilə baş rolları bölüşməyə hazırlaşırdı. Ancaq layihə ilə bağlı gözlənilməz qərar verilib.
Kulis.az xəbər verir ki, aktyorun filmdə çəkilməyəcəyi açıqlanıb.
Məlumata görə, aktyor “Stranger Things” serialının final mövsümü üzərində iş prosesi zamanı xeyli yorulduğu üçün layihəni tərk edib.
Musiqiçi ailəsindən çıxan və Los-Ancelesə qayıdan bir violonçel ifaçısının həyatından bəhs edən “Behemoth!” filmində Harborun yerinə kimin çəkiləcəyi hələlik bəlli deyil.
Yayım tarixi açıqlanmayan film üçün hazırlıq işləri davam edir.