Hayli Stinfild və Mayls Teller eyni layihədə

Hayli Stinfild və Mayls Teller eyni layihədə
17 iyul 2025
# 12:10

"Top Gun: Maverick" filmindəki rolu ilə tanınan Mayls Teller və “Sinners” filmindəki perfomansı ilə diqqət çəkən Hayli Stinfild yeni filmdə tərəf müqabili olacaqlar.

Kulis.az xəbər verir ki, hazırda layihə ilə bağlı detallı məlumat verilmir.

"Winter Game” adlanan filmin rejissoru Paul Dauns, ssenari müəllifləri isə Kolaisso və Pat Kunnane olacaq

Qeyd edək ki, filmin dəqiq tarixi hələlik açıqlanmasa da, 2026-cı ildə ekrana çıxması ehtimal olunur.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #