Azərbaycan kinematoqrafçıları hökumətə müraciət etdilər

Azərbaycan kinematoqrafçıları hökumətə müraciət etdilər
28 aprel 2025
# 09:47

Azərbaycan kinematoqrafçıları Kino Agentliyinin (ARKA) birbaşa Nazirlər Kabinetinin tabeçiliyinə verilməsini təklif edir.

Kulis.az xəbər verir ki, bu fikir Kinematoqrafçılar İttifaqı (AKİ) katibliyinin genişləndirilmiş iclasında səslənib.

İclasda həmçinin "Azərbaycanfilm" studiyasının hüququ statusunun artırılması təklifi müzakirə edilib.

Katibliyin genişləndirilmiş iclasında Xalq artistləri Rasim Balayev, Şəfiqə Məmmədova, Həmidə Ömərova, Vaqif Mustafayev, Əməkdar İncəsənət Xadimləri Ramiz Mirzəyev, Baba Vəziroğlu, Cahangir Mehdiyev, filoloq alim Əli Akif, sənətşünas Nadir Bədəlov, prodüser, kinorejissor Əli İsa Cabbarov və digərləri iştirak edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı fərmanla Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi adlı publik hüquqi şəxs yaradılıb.

İndiyə qədər Kino Agentliyinə direktor təyin edilməyib. 2023-cü ildən 2025-ci ilin aprelin 18-nə qədər ARKA-nın direktor əvəzi vəzifəsi Orxan Fikrətoğluna həvalə olunmuşdu.

# 116 dəfə oxunub

Müəllifin son yazıları

# # #