Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında qalib olub.
Bu barədə APA-ya rejissor özü məlumat verib.
Onun sözlərinə görə, film “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov və Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.
Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.
Rüfət Həsənov beynəlxalq festivalda ən yaxşı rejissor seçildi
21 avqust 2020
05:47
3929 dəfə oxunub