Rejissorumuzun filmi Moskva festivalının əsas proqramında

Rejissorumuzun filmi Moskva festivalının əsas proqramında
21 sentyabr 2020
# 18:57

Azərbaycan rejissorunun filmi Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, Azərbaycan rejissoru İsmayıl Səfərlinin “Balıqçı qızı” filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına daxil edilib. Festival oktyabrın 1-dən 8-dək keçiriləcək. “Cinex (Azərbaycan) və “Non-stop prodakşn “(Rusiya) kino şirkətlərinin birgə çəkdiyi film Abşeronda balıqçı kəndinin həyatından bəhs edir. Film ilk dəfə Rusiyanın “Kinotavr” kinofestivalında nümayiş etdirilib.

Festivalda Rusiya, İsrail, Rumıniya, Qazaxıstan, Koreya Respublikası, Braziliya, Hindistan, Böyük Britaniya kinorejissorlarının əsərləri də təqdim olunacaq.

Türk rejissoru Erdem Tepegözün “Kölgədə” filmi də festivalın əsas proqramına daxil edilmiş əsərlər sırasındadır./azertag.az/

# 1684 dəfə oxunub

Müəllifin son yazıları

# # #