Gəncədə yeni tamaşa ilə yeni teatr təqdim olunacaq

Gəncədə yeni tamaşa ilə yeni teatr təqdim olunacaq
19 may 2021
# 18:39
Gəncənin və regionun ilk müstəqil teatrı olan "dAo" teatrının təqdimatı və ilk tamaşasının premyerası olacaq.
Teatrdan Kulisə verilən məlumata görə, premyera iyunun 4,5 və 6-sı baş tutacaq: “3 günlük premyera Art Garden Gənjə-də keçiriləcək. Tamaşanın adı TETRIS-dir.
Tamaşanın ideya müəllifi teatrın qurucusu Elmin Bədəlovdur. Tamaşada rejissorun “Bircə sən susursan”, Pərviz Cəbrayılın “Yaşamaq boynuma düşdü” şeirlərindən və dAo üzvlərinin yazdığı hekayələrin motivlərindən istifadə olunub.
Tamaşadakı rolları Zeytun Həsənov, Rövşən Quliyev, Aliyə Qasımova, Elmin Bədəlov, Emina İsayeva canlandıracaq. Tamaşanın rəssamı isə Leyla Quliyevadır. Tamaşa musiqi ilə rəqsin vəhdətində, sinxron üzərində qurulub.
Premyeranın tərəfdaşları ADO teatrı, Amerikanın Azərbaycandakı Səfirliyi, Jatunlu, Art Garden Ganja, Gənc Barbarisso, Xoyski Cafe və Old Hostel Ganjadir.
# 2595 dəfə oxunub

Müəllifin son yazıları

# # #