Bakıda İran filmləri nümayiş olunur

Bakıda İran filmləri nümayiş olunur
5 fevral 2020
# 10:09

“YARAT” Müasir İncəsənət Mərkəzində son bir neçə il ərzində ən böyük kinofestivalların tamaşaçı və tənqidçilərinin diqqətini cəlb edən İran istehsalı olan filmlərin nümayişinə başlanılıb.

Kulis.az xəbər verir ki, tamaşaçılar İranın tanınmış ən məşhur rejissorlarının filmlərini izləmək imkanı əldə ediblər.

Belə ki, fevralın 5-də “Təsdiqlənmiş surət” (2010), 11-də “İran” (1977), 12-də isə “Bəhcad Sədr: Dayandırılmış zaman” (2013) filmləri göstəriləcək.

Qeyd edək ki, hər kəsin filmləri izləmək imkanı var.

# 1696 dəfə oxunub

Müəllifin son yazıları

# # #