Atom bombası, səndən də qorxmuruq! - Ulucay Akifdən YENİ ŞEİR

Atom bombası, səndən də qorxmuruq! - <span style="color:red;">Ulucay Akifdən YENİ ŞEİR
10 may 2017
# 15:31

Kulis.Az gənc şair Ulucay Akifin yeni şeirini təqdim edir.

Qızcığaz,

bu qədər böyük danışmağıma fikir vermə,

mən sadəcə, sadəcə

sənə dondurma almaq istəyirəm.

mən sadəcə, sadəcə

uşaqlığımızı yada salmaq istəyirəm.

qarşıdan çətin günlər gəlir, bilirəm.

Bilirəm, hələ də rəngli parçalara görə ölür

heç iyirmi yaşına çatmamış gənclər,

hələ də atəş səsləri gəlir Yaxın Şərqdən.

amma biz, biz...

bütün silahları susdura bilərik

inansaq günəşli günlərə, xoşbəxt olsaq bərkdən.

Buludlar yağışa çevrilir,

islanır şıltaq küləklər də bu yerlərdə

Günəş daha böyük ümidlə gülümsəyir bizə.

Bir uşaq qışqırır tanklara, qışqırır:

- Gəlməyin üstümüzə!

Qorxutmaz bizi mərmilər!

Atom bombası, səndən də qorxmuruq!

Ölməz bu ruhumuz, ölməz sənin tüstündə!

İndi sən də,

sən də əlini ver, qızcığaz,

əlini ver, qaçaq bu göy qurşağının üstündə.

- Gəl gedək, sənə dondurma almışam.

# 1434 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #