Tanrı gözəlliklər yaradır bir qadın əlləriylə - YENİ ŞERİLƏR

 Tanrı gözəlliklər yaradır bir qadın əlləriylə - <span style="color:red;">YENİ ŞERİLƏR
10 may 2017
# 17:30

Kulis.az gənc şair Turan Kəpənək Bağdadovanın yeni şeirlərini təqdim edir.

***

Uzaq evlərin pəncərələrindən baxan doğmalıq kimiyik...

***

Uzaq bir küncdə Tanrı gözəlliklər yaradır bir qadın əlləriylə...

***

Əlini uzat, sən məndən qopan arzusan...

***

Alıb yağışlarımı başıma, bir yol başladım dərinlərə.
Göyərdi səhralarım.
Qəlbimdən azadlıq axır.
Dayandığım yol, axtardığım yer imiş.
Görünən hər şey çaşqınlıq aldatmacasına qapılmış ruha xatırlatma imiş.
Xoşbəxtlik və azadlıqda da itmək olurmuş...
İtən ruhun tapdığı azadlıqda itməsi,

tanrının gözlərini yumub ayılmasına bənzəyirmiş.
Ərimək gözəllikdə,

azadlığa çevrilmək,

mərkəzdə dayanıb yox olmaq,

özünü varlığın qəlbinə olduğun yerdən buraxmaq,

genişlik qədər böyümək,

sərhədləri təbəssümlə yıxıb kainatdan daşmaq,

içəridə sovrulanla çöldə sovrulanlar arasında yox olmaq,

yamaq şəxsiyyəti bir nəfəsdə üfürüb mahiyyətə bürünmək!
Əbədilik geyinmiş tanrı gülümsəyir...

***

Göylər fikirlərimə dolaşır...

***

Donmuş ürəyinə çilənən od həyat başlada bilər.
Ağrıdan yaranan həyat sancısına izin ver.

***

İçəridə yoxsansa, dünyanı da yığsan o boşluq dolmayacaq.

***

Bir ürəyim var, bu qədərdən.
Bir yerim belə yox.
Bir yolda oyandım.
Əvvəli və sonu görünməyən.
Tanımadım özümü.
Axtardım.
Dolu ətrafda boş bir “mən” tapdım.
Boşluğuma yıxıldım.
Bir kədərli mehdən arzularım dalğalanmış ürəyimdə,

sevgimi oyatmış kimsə keçərkən.
Kimsə axtarır məni hər gecə.
Hər gün evdəyəm.
İşıqdan asıram qaranlıqları.
Çirklənən ürəyimi kədərimlə yuyub yerinə asıram.
Gözləyirəm.
İşıqdan asılan qaranlıqlar və ürəyim - ünvanım.

***

Qəlbimdə dirilən Tanrı indi bağrımı yarıb kainata axır...

***

Xoşbəxtlik liman olmaqdır,

gəmilər gəldi gedərdir.

***

Ətrin alıb aparır həyatımı...

***

Həm susursan, həm musiqin ruhumu oyadır hər gecə.
Həm gizlənirsən, həm gizləndiyin yerdən baxırsan işıqlı-işıqlı.
Həm qaranlıqda çəkilib itirsən, həm işıqda coşub tökülürsən.
Həm göylərdən təvazökar minnətdarlıqla tökülürsən,

həm yerdə şükran dolu minnətdarlıqla qəbul edirsən.
Həm yüzlərlə ömür uzaqlığında gizlənirsən,

həm bir saniyə yaxınlıqda olan anlıq bir gülümsəmədə parlayırsan.
Həm bir vəhşi sükutda gizlənmiş qorxulu beyin qədər uzaqsan,

həm bir ananın nəvaziş dolu barmaqları qədər yaxınsan.

***

Ürəyim beynimdə güllər yetişdirir.

***

Özünü sonsuzluğa səpələyən və bundan sərxoş olan gözəllik kimiyəm...

Qadın və Tanrı.

Ağlamaqlı könlüylə,
gecə və gündüzün rəqsi saçlarıyla dayanmış üzü qəlbinə sarı...
Hər şeydən vazkeçmiş.
Yoxluqlarla dolu.
Tökmüş bu dünyanı,
qaranlıqdan başlayıb işıqda azmış qəlbindən.
Yoxsul varlığıyla uzaqlardan gəlmiş.
Görməyən gözlərindən almış hər şeyi.
Uzaqda oyanıb nə etməli olduğunu bilməyən kor kimi
doğmalığın ünvanına tutmuş üzünü, təslim...
Ruzigar və...
Qadının saçları xoşbəxt...

***

Yaradanda yarandım dedi Tanrı

***

Mövcudluq - hər ana yağmaq sevincidir

Görüntünün olası içeriği: 1 kişi

# 1124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #