Xalq şairi balaca Zəhraya şeir yazdı: "KÖRPƏ MƏLƏK"

Xalq şairi balaca Zəhraya şeir yazdı: <span style="color:red;">"KÖRPƏ MƏLƏK"
24 iyul 2017
# 10:26

Xalq şairi Fikrət Qoca balaca Alxanlə kəndində şəhid olan balaca Zəhraya şeir həsr edib. Kulis.az e-mail ünvanımıza göndərilən həmin şeiri təqdim edir.

Körpə mələk

Zəhra körpə mələkdi,

Bir qönçədi təzə, tər.

Nənə nazını çəkdi,

Sarıldı bir-birinə

Nənə, nəvə- mələklər...

Yarpaqlar pıçıldadı,

Bütün güllər, çiçəklər

Cənnət ətri saçdı.

Zəhra ilə nənəsi,

Bu cənnətə yaraşdı...

Yer üzündə, cahanda...

Bütün dinlər və dillər.

Terror mərmisi ilə

Ölən fidan körpəyə,

Zəhra- Zəhra deyirlər.

Qan ağladı çiçəklər.

Görüb günahsız qanı-

Görüb nənə-balanı,

Qan ağladı mələklər.

Düşmən bu mənzərəyə,

Top ilə atəş açdı.

Zəhra ilə nənəsi

Al qanına boyandı,

Hər yan alışdı, yandı...

Yandı çiçəklər, güllər,

Yandı sevən könüllər,

Yanır ağızda dillər.

Dünyada bütün ellər,

Zəhra-Zəhra deyirlər...

# 1584 dəfə oxunub

Müəllifin son yazıları

# # #