Əfsanəvi aşığın çap olunmayan şeiri – MƏTN

Əfsanəvi aşığın çap olunmayan şeiri – <span style="color:red;">MƏTN
10 may 2017
# 12:10

Kulis.az Aşıq Alının kitablarında olmayan "Bala" rədifli şeirini təqdim edir. Şeiri Hikmət Orhun kiçik bir qeydlə redaksiyamıza göndərib.

Bu şeiri sağlığında Qazax rayon Çaylı kənd sakini rəhmətlik Novruzov Murad kişinin, sinədəftər Muradın yaddaşından köçürmüşəm. Şeiri mənə oxuyanda üçüncü bəndin əvvəlinci iki misrasını unutmuşdu. Onun ağzından necə çıxıb eləcə də təqdim edirəm.

Ağamın əlindən bir badə içdim,

Cəfər Sadiq qövlündən halıyam, bala!

Alimlər yığılsın, məclis düzəlsin,

Meydanın Rüstəmi-Zalıyam, bala!

Gərək qatmayaq biz ağı qaraya,

Alimlər cəm olsun, dursun sıraya.

İncil, Zəbur, Tövrət gəlsin araya,

Doxsan min kəlmədən halıyam, bala!

--------------------------------------

--------------------------------------

Tərlan tək havanı seçən gözlərim,

İndi ev dustağı Alıyam, bala!

# 1051 dəfə oxunub

Müəllifin son yazıları

# # #