Kəramət Böyükçöl: “Yazıçılar Birliyi söz azadlığının düşmənidir”

Kəramət Böyükçöl: “Yazıçılar Birliyi söz azadlığının düşmənidir”
11 noyabr 2015
# 18:04

“Məni tanıyan, yazılarımı oxuyan hər kəs bilir ki, heç vaxt özümü AYB üzvü kimi hiss eləməmişəm. Ona görə məni o qurumdan çıxarmaqları heç vecimə deyil.” Bu fikirləri Kulisə açıqlamasında gənc yazar Kəramət Böyükçöl bildirib.

O, birlikdən klassiklərin yaradıcılığını tənqid etdiyi üçün çıxarılmadığını söyləyib: “Onlar ədəbiyyat qədri bilən olsaydı, gənc bir yazarı üzvlükdən kənarlaşdırıb özlərini biabır etməzdilər. Məsələ konkret olaraq Rəşad Məcid haqqında yazdığım tənqidi yazıya görədir. Sadəcə, klassiklərin adını hallandırmaqla işin üstünü pərdələmək istəyirlər. Bu qərarla Yazıçılar Birliyi bir daha sübut etdi ki, qurum söz azadlığının düşmənidir.”

Xatırladaq ki, Kəramət Böyükçöl bu gün AYB sıralarından xarıc edilib.

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

# # #