“Mədəniyyət və Turizm Nazirliyinin kitab mağazaları açılmalıdır”

“Mədəniyyət və Turizm Nazirliyinin kitab mağazaları açılmalıdır”
4 iyun 2015
# 12:39

Kulis son günlər mətbuatın gündəmindən düşməyən “Əli və Nino” kitab mağazalarının yerli müəlliflərə yaratdığı süni əngəllər mövzusuyla bağlı tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin açıqlamasını təqdim edir.

Mənim "Əli və Nino"sevərlərə xoş xəbərim var. Böyuk Britaniyanin ""PeaPie Films" shirkəti eyniadli film çəkir. Ssenari - "Oskar" mükafatçısı Kristofer Hempton, produser - Leyla Əliyeva, rejissor - Asif Kapadiya. Adam Bakri Əli, Mariya Valverdə Nino rolunu oynayacaq. Bunu məlumatı olmayanlar üçün deyirəm. Qaldı ki, yerli "Əli və Nino"ya... bu barədə də mən məlumatsızam. Heç vaxt əməkdaşlığımız olmayıb. Evdə üç nəfərik, üçümüzün də kitabı çıxıb. Seçimimiz bəllidi! Təqdimat, imza günü və "Bayatı" kitab evi. Bir neçə yüz kitabı satmağın bundan asan yolu yoxdur. Ya kitab, ya biznes! Kitab biznesi hardasa ola bilər, bizdə üfüqdə də görünmür. Mədəniyyət və Turizm Nazirliyinin mağazaları açılmalıdır. Yoxsa tək özəl sektorla iş düzəlməyəcək.

# 999 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #