Bu üz qapağı rezonans yaratdı RƏQQASƏ

Bu üz qapağı rezonans yaratdı RƏQQASƏ
2 iyun 2014
# 15:03

Bir neçə gün öncə yazıçı Kənan Hacının “Rəqqasə” adlı yeni kitabı çap olunub. Kitabın qeyri-adi üz qabığı var: qara oriyental rəqs paltarında olan qadını belinə kəmər yerinə patrondaş taxıb. Üstəlik qadın da sinəsi və qarnı da açıqda qalıb. Bu cür üz qapağından istifadə sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğulub. Bəziləri piar üçün bu qapağı normal saysalar da bir qisim isə bu cür qapaqdan istifadəni qəbuledilməz sayır.

Kitabın üz qabığının bu formatda verilməsi nə dərəcədə doğrudur? “Rəqqasə” kitabı “Qanun” nəşriyyatında çap olunub. Bu barədə Kulis.Aza açıqlama verən naşir Şahbaz Xuduoğlu bildirib ki, kitabların üzü qabığının hazırlanarkən müəlliflə razılaşdırılır: “Üz qabığı adətən məzmun barədə mesaj verir. Həm də qapaq hamının xoşuna gəlməyə bilər. Kənan kitabın üz qabığı üçün şəkli özü göndərmişdi. Mənə görə yerli kitablar səviyyəsində yaxşıdır. Amma ümumən mənim nəşr etdiyim digər kitablarla müqayisədə zəifdir. Mən dizaynı ilə özüm məşğul olduğum kitabların üzünə insan sifəti kimi baxıram. Nəşr etdiyim kitabların sifətlərinin gülümsəyən və təbəssümlü olmasını istəyirəm.”

“Kitabçı” jurnalının baş redaktoru Səlim Babullaoğlu isə bildirib ki, əgər kitabın adı “Rəqqasə”dirsə, bu cür üz qabığı ola da bilər, olmaya da bilər: “Amma mənim aləmimdə heç bir kitabın üz qabığında çılpaq təsvir olmamalıdır. ”

“Ümumən bu müəlliflə nəşriyyat arasında olan məsələdi. Bir də görürsən əsər haqqında çəkilmiş filmdən kadrı kitabın üz qabığına qoyurlar.” - “Zero” Nəşrinin sahibi Zahir Əzəmət belə deyib. Naşirin fikrincə bizdə onsuz da 300-500 oxucu var. Hansı marketinq gedişini etsən də nəticəyə bir o qədər təsiri olmayacaq. “Kitabın üz qabığına dünyanın ən gözəl rəqqasənin şəklini də qoysaq nəticə dəyişən deyil. Əgər kitab çox satılacaqsa deyərik əla, yox satılmayacaqsa şəklin boynuna yıxmaq olar.”

# 3741 dəfə oxunub

Müəllifin son yazıları

# # #