Bob Dilana zəng çatmır

Bob Dilana zəng çatmır
18 oktyabr 2016
# 13:08

İsveç Akademiyası 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi Bob Dilanla əlaqə saxlaya bilməyib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə İsveç Akademiyasının amerikalı rokçunu 10 dekabrda Stokholmda gerçəkləşəcək təqdimetmə mərasiminə rəsmi dəvət etmək cəhdləri boşa çıxıb.

“Mən onun nümayəndəsinə zəng edib xəbər verdim və elektron məktub göndərdim. Mənə elə gəlir ki, hələlik bu qədəri bəs edir.” Akademiyanın təmsilçisi Sara Danius yerli radionun efirində belə deyib.

O, hesab edir ki, Dilan Nobel mükafatının təqdimetmə mərasiminə gəlməyə razılıq verəcək: “Əla bir ziyafət olacaq. Ona qatılıb-qatılmamaq ixtiyarı isə Dilanın özündədir.”

Bob Dilan Nobel mükafatı almağına hələ ki, münasibət bildirməyib. O, hazırda konsert proqramları ilə çıxış etsə də bir dəfə olsun mükafat alması barədə fikir bildirməyib.

Xatırladaq ki, Bob Dilana Ədəbiyyat üzrə Nobel mükafatı oktyabrın 13-də “Böyük Amerikan mahnı ənənələrində yeni poetik ifadələr yaratdığına görə” verilib.

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

# # #