“YARAT”da qadınlar haqda seminar keçiriləcək

“YARAT”da qadınlar haqda seminar keçiriləcək
31 avqust 2017
# 12:37

Sabah “YARAT” Müasir İncəsənət Mərkəzinin studiyasında braziliyalı kurator Şeyla Zaqonun rəhbərliyi altında “Qadın problemləri: sərhədsiz müharibələr” adlı seminar keçiriləcək.

Bir həftə davam edəcək seminarlarda yerli rəssamlar tərəfindən qadınların problemləri və digər bu kimi mövzular müzakirə ediləcək.

Layihə dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. /azertag.az/

# 994 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #