“Kafamda bir tuhaflık” Londonda birinci oldu

“Kafamda bir tuhaflık” Londonda birinci oldu
20 oktyabr 2015
# 16:56

Orxan Pamukun 2014-cü ilin dekabr ayında “Yapı Kredi Yayınları” tərəfindən dərc edilən sonuncu romanı “Kafamda bir tuhaflık” Londonda çox satılanlar siyahısında birinci olub.

“Evening Standart” qəzetinin Londonun məşhur “Blackwells”, “Daunt Books”, “Foyles”, “Heywoods Hill”, “Waterstones” kimi kitab mağazları ilə birgə apardığı sorğunun nəticəsində“Kafamda bir tuhaflık” romanı birinci sırada yer alıb. 2014-cü ilin dekabr ayında çap olunan roman müəllifinə “Aydın Doğan Vakfı”, “Ərdal Öz Ödülləri” mükafatını qazandırıb və otuz səkkiz dilə tərcümə edilib.

Qeyd edək ki, “Kafamda bir tuhaflık” bu həftə Amerikalı oxuculara təqdim ediləcək. Bu münasibətlə Orxan Pamuk Amerikanın altı şəhərinə təqdimat turuna çıxacaq. /sim-sim.az/

# 979 dəfə oxunub

Müəllifin son yazıları

# # #