Yazıçılar Birliyində ev ümidsizliyi böyüyür

Yazıçılar Birliyində ev ümidsizliyi böyüyür
16 may 2013
# 10:50

“Müxtəlif söz-söhbətlər yayılır, hərə bir söz deyir, ancaq ortada heç nə yoxdur”. Bu sözləri Kulis.Az-a verdiyi açıqlamada Yazıçılar Birliyinin ev siyahısında olanlardan biri, şair Kəramət deyib.

Şair Kəramət bildirib ki, yaradıcı şəxslərin də qayğılardan uzaq olmaq haqqı var: “Yaradıcı şəxslərin yuvası, normal ev-eşiyi olmalıdır ki, nəsə yaza bilsinlər. Yazıçılar Birliyinin üzvlərinə ev verilməsini müsbət addımdır, amma işlərin yubanması bizi təəssüfləndirir”.

O, “Abidə” MTK-nın rəhbəri Arif Mədətovun dediyi fikirlərə də münasibət bildirib: “Onun belə danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Onun işi Yazıçılar Birliyi ilə müqavilə bağlamaq idi, bu iş də görülüb”.

Rəhmətlik yazıçı Eyvaz Əlləzoğlunun oğlu Ayxan Eyvaz da Yazıçılar Birliyinin ev siyahısında olanlardandır.

Ayxan Eyvaz Kulis.Az-a verdiyi açıqlamada deyib ki, evlərin satılması, bundan sonra yeni ev alınması prosesi çox çətin prosesdir: “Buna görə də mən belə hesab edirəm ki, Yazıçılar Birliyi və tikinti şirkəti daha uğurlu variant tapılmalıdır”.

# 2090 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #