Zəlimxan Yaqubun İsa Hüseynova həsr etdiyi poema

Zəlimxan Yaqubun İsa Hüseynova həsr etdiyi poema
22 dekabr 2014
# 14:29

“Elm və təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, xalq şairi Zəlimxan Yaqubun yeni, “Ün” kitabı işıq üzü görüb.

AAB-nin katibi Musa Nəbioğlunun verdiyi məlumata görə, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəfis tərtibatla çap olunan kitaba şairin xalq yazıçısı İsa Muğannaya həsr olunan “Ün” poeması daxil edilib.

Kitabdakı “Ön söz”də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov yazır: “İsa Muğanna mütəfəkkir nasir olduğu kimi, Zəlimxan Yaqub da mütəfəkkir şairdir. Və ona görə də Zəlimxan Yaqubun poetik-fəlsəfi interpretasiyasında İsa Muğanna həm bütün tərəfləri–miqyası, həm də daxili zənginliyi–dərinliyi ilə görünür”.

Kitabın redaktoru Dəyanət Osmanlıdır.

# 785 dəfə oxunub

Müəllifin son yazıları

# # #