#

Elif Şafakla Salman Rüşdi eyni siyahıda

Elif Şafakla Salman Rüşdi eyni siyahıda
4 sentyabr 2019
# 10:17

Londonda Buker mükafatının qısa siyahısı elan olunub.

Kulis.az-ın rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, siyahıya əvvəllər Buker almış iki yazıçı da düşüb.

Bu, 2000-ci ildə “The Testaments” romanı ilə Buker almış Kanada yazıçısı Marqaret Etvud və 1981-ci ildə “Gecəyarı uşaqları” romanına görə Buker, daha sonra “Bukerin Bukeri” və “Ən yaxşı Buker” mükafatlarını qazanmış Salman Rüşdidir. Yazıçı bu dəfə mükafatın qısa siyahısına “Quichotte” romanı ilə düşüb.

Finalçıların siyahısını təqdim edirik:

Marqaret Etvud "The Testaments"

Lyusi Elman "Ducks, Newburyport"

Bernardin Evarsito "Girl, Woman, Other"

Çiqozi Obioma "An Orchestra of Minorities"

Salman Rüşdi "Quichotte"

Elif Şafak "10 Minutes 38 Seconds in This Strange World"

# 1803 dəfə oxunub

Müəllifin son yazıları

# # #