Rasim Qaracanın sevgi romanı çap olundu

Rasim Qaracanın sevgi romanı çap olundu
14 fevral 2018
# 10:53

Rasim Qaracanın yeni kitabı çap olunub.

Kulis.azın verdiyi məlumata görə, “Zülmətdə bir Alatoran” adlı kitab müəllifin sayca yeddinci kitabıdır.

"Zülmətdə bir Alatoran" avtobioqrafik romandır. Müəllifin kitab haqda bunları söyləyib: “Bu bir sevgi romanıdır. Onunla necə tanış oldum, necə aşiq oldum, bir müddət ayrı qaldım və yolunda hansı çətinliklərə qatlaşdım - bunları təsvir etmişəm. Sevgilimin adı Poeziya”.

Kitab 100 tirajla Alatoran yayınlarında nəşr olunub.

Xatırladaq ki, yaxın günlərdə kitabın təqdimatı keçiriləcək.

# 936 dəfə oxunub

Müəllifin son yazıları

# # #