Regionlarda kitab təqdimatı keçiriləcək

Regionlarda kitab təqdimatı keçiriləcək
25 noyabr 2015
# 10:50

Noyabrın 26-da Oğuz rayonunda yerləşən Bilik Evində gənc yazar Ömər Xəyyamın "Sayrışan hallar" kitabının təqdimatı keçiriləcək.

Fonddan Kulisə verilən xəbərə görə tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilir.

Tədbirdə Bakı Slavyan Universiteti Yaradıcılıq Fakültəsinin rayon filialının müdavimləri və ziyalılar iştirak edəcək. Müəllifin imzalı kitabları tədbir iştirakçılarına pulsuz paylanılacaq.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Azərbaycan Yaradıcılıq Fondunun həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində çap olunub. Layihədə çap olunan digər kitabların da bu ilin sonuna qədər regionlarda silsilə təqdimat mərasimləri keçiriləcəkdir.

# 986 dəfə oxunub

Müəllifin son yazıları

# # #