AYB-nin yeni katibi: "Yazıçılarla işləmək çətindir"

AYB-nin yeni katibi: "Yazıçılarla işləmək çətindir"
28 avqust 2014
# 13:16

“Mən həmişə demişəm və yenə də deyirəm ki, yazıçılarla, şairlərlə işləmək çox çətindir. Onların hər birinin yüksək eqosu var. Hər bir yazıçı, şair ona daha çox diqqət yetirilməyini istəyir. Bu baxımdan AYB-nin katibi təyin olunmağım mənim üçün çox böyük məsuliyyətdir”.

Bu sözləri Kulis.az-a verdiyi açıqlamada bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi təyin olunan, yazıçı İlqar Fəhmi deyib.

İlqar Fəhmi bildirib ki, AYB-nin rəhbər strukturlarında həmişə nisbətən cavan kadrların olmağını arzulayıb: “Həmişə istəmişəm ki, AYB-ni təmsil edən adam kimi çıxış edim. Bütün çıxışlarımda da buna çalışmışam. Bu baxımdan da təyinatın mənim üçün önəmi böyükdür”.

Yazıçı deyib ki, bu təyinat onun üçün gözlənilməz olub: “Vallah, bu yay başım o qədər qarışıq olub ki, başqa heç nə haqqında fikirləşə bilməmişəm. Təyinat mənim üçün gözlənilməz olub”.

İlqar Fəhmi gənclərlə yeni layihələr həyata keçirəcəyinə ümid etdiyini də vurğulayıb.

# 1824 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #