Afaq Bəşirqızı ilə görüş olacaq

Afaq Bəşirqızı ilə görüş olacaq
2 may 2019
# 18:58

Milyonların sevimli gülüş ustası, “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların xahişi ilə mayın 5-i və 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bankir adaxlı” və “Toya bir gün qalmış” ikihissəli komediyaları ilə çoxsaylı pərəstişkarlarının görüşünə gələcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, hər iki əsərin süjet xəttini gülüş dolu gözlənilməz hadisələrlə zəngin olan bir-birindən maraqlı situasiyalar təşkil edir.

“Bankir adaxlı” tamaşasının quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşov, “Toya bir gün qalmış” tamaşasının quruluşçu-rejissoru isə Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, rejissor assistenti Tamilla Aslanovadır. Hər iki tamaşanın quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalardır.

Tamaşalarda Afaq Bəşirqızı ilə yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Çingiz Əhmədov, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Hüseyn və Gültac Əlililər, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Fərid Rzayev də iştirak edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

# 2062 dəfə oxunub

Müəllifin son yazıları

# # #