Kuba ilə ABŞ Heminqueyə görə birləşdi

Kuba ilə ABŞ Heminqueyə görə birləşdi
22 iyun 2015
# 10:03

Kuba və ABŞ dövlətləri Ernest Heminqueyin evinin bərpasını birgə həyata keçirəcəklər. Kulisin rus mətbuatına istinadən verdiyi xəbərə görə layihənin dəyəri 860 min dollar təşkil edir.

Yazıçının ən məşhur əsərlərindən olan “Qoca və dəniz” bu evdə yazılıb.

Heminqueyin 1939-cu ildən 1961-ci ilə qədər yaşadığı mülk Kuba paytaxtı Havananın kənarında yerləşir.

Layihəyə emalatxananın tikilib yazıçının evinə əlavə olunması da daxildir. Emalatxanada yazıçıya məxsus minlərlə sənədin, əlyazmaların, məktubların bərpası həyata keçiriləcək.

# 1168 dəfə oxunub

Müəllifin son yazıları

# # #