Ancelina Coli NATO-ya müraciət etdi

Ancelina Coli NATO-ya müraciət etdi
12 dekabr 2017
# 09:53

Dünya şöhrətli aktrisa Ancelina Coli NATO-nun baş katibinə məktub ünvanlayıb.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, BMT-nin Sülhməramlı elçisi olan Hollivud ulduzu baş katibdən qadınların xüsusi olaraq qorunmasını xahiş edib. O, bildirib ki, hazırda dünyada bir çox yerlərdə qadınlar döyüşən tərəflərin hədəfinə çevrilib.

“Qadın üçün təmas xətti əsgərlərdən daha təhlükəlidir” - deyən aktrisa hərbi əməliyyatlar zamanı bu nüansın ciddi şəkildə nəzərə alınmasını istəyib.

# 1000 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #