Elçin Seyran Səxavətə teleqram vurdu

Elçin Seyran Səxavətə teleqram vurdu
16 mart 2016
# 15:51

Azərbaycan Respublikası Baş Nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavətə 70 illik yubileyi münasibəti ilə təbrik teleqramı ünvanlayıb.

Moderator.az həmin təbrik teleqramını olduğu kimi təqdim edir.

"Əzizim Seyran!

Səni, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini 70 illiyin münasibəti ilə ürəkdən təbrik edirəm. Bu cümləni yazıram və buradakı 70 mənim üçün inanılmaz, heyrətamiz bir rəqəmə çevrilir. Gözlərimin qabağına istedadlı, mehriban, eyni zamanda dəliqanlı gənc Seyran gəlir və bu gənc Seyran 70-i haqlasa da yenə həmin gənclik istedadı ilə, həmin gənclik enerjisi ilə yazıb-yaradır, romanları, hekayələri ilə yeni-yeni uğurlar əldə edir, ədəbiyyatımızı zənginləşdirir.

Səni bir daha ürəkdən təbrik edir, can sağlığı və uzun ömür arzulayıram. İstedad isə həmişə səninlə bir yerdədir.

Hörmətlə,

Elçin

Azərbaycan Respublikası Baş Nazirinin müavini, xalq yazıçısı"

# 1066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #