Murad Köhnəqalanın imza günü olacaq

Murad Köhnəqalanın imza günü olacaq
13 mart 2015
# 11:38

Martın 14-də Murad Köhnəqalanın yeni kitabının imza günü keçiriləcək. Kulisin məlumatına görə təqdimat saat 15:00-da Parkbulvarda yerləşən “Əli və Nino” kitab mağazasında baş tutacaq.

“Yuxularım” adlanan kitab “Qanun” nəşriyyatında çap olunub.

Kitab “Yuxularım” adlandırılsa da, müəllif təsvir olunan hadisələrin heç birini yuxuda görməyib. Mətnlərin yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə edilib. Tətbiq etdiyi metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün müəllifə geniş imkan yaradıb. Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hədəfində insan iradəsinin necə aciz olduğunu görəcəksiniz.

Xatırladaq ki, kitabdakı yazılar Kulis.az-da dərc olunub.

# 1002 dəfə oxunub

Müəllifin son yazıları

# # #